100 ADİYAT

  • 100:1

    And olsun tövşüyə-tövşüyə çapanlara!

  • 100:2

    And olsun dırnaqları ilə qığılcım çıxaranlara!

  • 100:3

    And olsun sübh çağı həmlə edənlərə ki,

  • 100:4

    hücuma keçib tozanaq qaldıraraq

  • 100:5

    qoşunun içərisinə soxulurlar.

  • 100:6

    Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.

  • 100:7

    Özü də bunun şahididir.

  • 100:8

    Həqiqətən, o, var-dövlətə çox hərisdir.

  • 100:9

    Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı

  • 100:10

    və kökslərdə olanlar aşkar ediləcəyi zaman –

  • 100:11

    məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?

Paylaş
Tweet'le