101 KARİA

  • 101:1

    Qəlbləri Qorxuya salan!

  • 101:2

    Qəlbləri Qorxuya salan nədir?

  • 101:3

    Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?

  • 101:4

    O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.

  • 101:5

    Dağlar isə didilmiş yun görkəmi alacaqdır.

  • 101:6

    O gün kimin tərəziləri ağır gələrsə

  • 101:7

    xoşbəxt güzəran sürəcək.

  • 101:8

    Kimin tərəziləri yüngül gələrsə,

  • 101:9

    məskəni Haviyə olacaqdır.

  • 101:10

    Sən haradan biləsən ki, o nədir?

  • 101:11

    O, çox qızmar bir oddur!

Paylaş
Tweet'le