104 HÜMEZE

  • 104:1

    Hər bir qeybət edənin, tənə vuranın vay halına!

  • 104:2

    O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır

  • 104:3

    və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.

  • 104:4

    Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.

  • 104:5

    Sən haradan biləsən ki, Hutəmə nədir?

  • 104:6

    Bu, Allahın qaladığı Oddur.

  • 104:7

    O Od ki, qalxıb ürəklərə çatacaq.

  • 104:8

    Həqiqətən, o Od onların üzərində qapanacaqdır.

  • 104:9

    Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.

Paylaş
Tweet'le