55 RAHMAN

  • 55:1

    Mərhəmətli Allah

  • 55:2

    Quranı öyrətdi.

  • 55:3

    İnsanı yaratdı,

  • 55:4

    ona danışmağı öyrətdi.

  • 55:5

    Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.

  • 55:6

    Otlar da, ağaclar da səcdə edir.

  • 55:7

    Allah göyü ucaltdı və tərəzini qoydu ki,

  • 55:8

    çəkidə həddi aşmayasınız.

  • 55:9

    Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.

  • 55:10

    O, yeri məxluqat üçün döşədi.

  • 55:11

    Orada meyvələr və salxımlı xurma ağacları vardır.

  • 55:12

    Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.

  • 55:13

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:14

    O, insanı saxsı kimi quru gildən yaratdı,

  • 55:15

    cinləri də təmiz oddan yaratdı.

  • 55:16

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:17

    Allah iki məşriqin və iki məğribin Rəbbidir.

  • 55:18

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:19

    O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.

  • 55:20

    Onların arasında maneə vardır, onu keçə bilməzlər.

  • 55:21

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:22

    Onlardan mirvari və mərcan çıxır.

  • 55:23

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:24

    Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.

  • 55:25

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:26

    Yer üzündə olan hər kəs ölümə məhkumdur.

  • 55:27

    Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.

  • 55:28

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:29

    Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir.

  • 55:30

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:31

    Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq.

  • 55:32

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:33

    Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.

  • 55:34

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:35

    Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.

  • 55:36

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:37

    Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.

  • 55:38

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:39

    O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır.

  • 55:40

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:41

    Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

  • 55:42

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:43

    Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!

  • 55:44

    Onlar onunla qaynar su arasında dolanacaqlar.

  • 55:45

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:46

    Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir.

  • 55:47

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:48

    İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.

  • 55:49

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:50

    İkisində də iki axar bulaq vardır.

  • 55:51

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:52

    İkisində də hər meyvədən qoşa-qoşa vardır.

  • 55:53

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:54

    Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.

  • 55:55

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:56

    Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

  • 55:57

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:58

    Onlar sanki yaqut və mərcandırlar.

  • 55:59

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:60

    Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?

  • 55:61

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:62

    Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır.

  • 55:63

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:64

    Hər ikisi tünd yaşıldır.

  • 55:65

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:66

    İkisində də fəvvarə vuran iki bulaq vardır.

  • 55:67

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:68

    İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır.

  • 55:69

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:70

    Orada xoş xasiyyətli, gözəl qızlar vardır.

  • 55:71

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:72

    Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır.

  • 55:73

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:74

    Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

  • 55:75

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:76

    Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər.

  • 55:77

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

  • 55:78

    Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir.

Paylaş
Tweet'le