77 MÜRSELAT

  • 77:1

    And olsun xeyirlə göndərilənlərə

  • 77:2

    və şiddətlə əsənlərə!

  • 77:3

    And olsun Allahın əmrini yaydıqca yayanlara,

  • 77:4

    haqqı nahaqdan ayırdıqca ayıranlara

  • 77:5

    və zikri çatdıranlara –

  • 77:6

    üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!

  • 77:7

    Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.

  • 77:8

    Ulduzlar sönəcəyi zaman;

  • 77:9

    Göy yarılacağı zaman;

  • 77:10

    Dağlar dağılacağı zaman;

  • 77:11

    Elçilərə vaxt təyin olunacağı zaman –

  • 77:12

    deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”

  • 77:13

    Deyiləcəkdir: “Ayırd etmə gününədək!”

  • 77:14

    Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?

  • 77:15

    Qiyaməti yalan sayanların o Gün vay halına!

  • 77:16

    Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!

  • 77:17

    Sonrakıları da onlara qatacağıq.

  • 77:18

    Biz günah sahibləri ilə belə davranırıq.

  • 77:19

    Qiyaməti yalan sayanların o gün vay halına!

  • 77:20

    Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?

  • 77:21

    Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –

  • 77:22

    məlum bir vaxta kimi?

  • 77:23

    Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!

  • 77:24

    Qiyaməti yalan sayanların o gün vay halına!

  • 77:25

    Məgər Biz yeri məskən etmədikmi –

  • 77:26

    dirilər və ölülərə?

  • 77:27

    Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?

  • 77:28

    Qiyaməti yalan sayanların o gün vay halına!

  • 77:29

    Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!

  • 77:30

    Üç qola ayrılan kölgəliyə gedin!”

  • 77:31

    Ora nə kölgə salır, nə də alovdan qoruyur.

  • 77:32

    Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.

  • 77:33

    Onlar sanki sarı dəvələrdir.

  • 77:34

    Qiyaməti yalan sayanların o gün vay halına!

  • 77:35

    Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür.

  • 77:36

    Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.

  • 77:37

    Qiyaməti yalan sayanların o gün vay halına!

  • 77:38

    Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!

  • 77:39

    Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!

  • 77:40

    Qiyaməti yalan sayanların o gün vay halına!

  • 77:41

    Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında

  • 77:42

    və istədikləri meyvələr içində olacaqlar.

  • 77:43

    Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!

  • 77:44

    Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”

  • 77:45

    Qiyaməti yalan sayanların o gün vay halına!

  • 77:46

    Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!

  • 77:47

    O gün Qiyaməti yalan sayanların vay halına!

  • 77:48

    Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər.

  • 77:49

    O gün haqqı yalan sayanların vay halına!

  • 77:50

    Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?

Paylaş
Tweet'le