81 TEKVİR

  • 81:1

    Günəş sarınacağı zaman,

  • 81:2

    ulduzlar soluxub sönəcəyi zaman,

  • 81:3

    dağlar hərəkətə gətiriləcəyi zaman,

  • 81:4

    boğaz dəvələr başlı-başına qalacaqları zaman,

  • 81:5

    vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,

  • 81:6

    dənizlər alovlanacağı zaman,

  • 81:7

    hər kəs öz tayına qovuşdurulacağı zaman,

  • 81:8

    diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –

  • 81:9

    hansı günaha görə öldürülmüşdür;

  • 81:10

    səhifələr açılacağı zaman,

  • 81:11

    göy qopardılacağı zaman,

  • 81:12

    Cəhənnəm alovlandırılacağı zaman

  • 81:13

    və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman,

  • 81:14

    hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.

  • 81:15

    And içirəm gecə çıxıb gündüz batan ulduzlara,

  • 81:16

    seyrə çıxıb gizlənən səyyarələrə,

  • 81:17

    qaralmaqda olan gecəyə,

  • 81:18

    və açılmaqda olan səhərə!

  • 81:19

    Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.

  • 81:20

    O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir,

  • 81:21

    orada itaət ediləndir, etibarlıdır.

  • 81:22

    Sizin dostunuz Muhəmməd divanə deyildir.

  • 81:23

    O, Cəbraili aydın üfüqdə gördü.

  • 81:24

    O, qeybdən də xəsislik edən deyildir.

  • 81:25

    Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.

  • 81:26

    Elə isə ondan üz döndərib hara gedirsiniz?

  • 81:27

    Bu, aləmlərə yalnız bir nəsihətdir –

  • 81:28

    sizlərdən doğru yolda olmaq istəyənlər üçün.

  • 81:29

    Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!

Paylaş
Tweet'le