85 BURUC

  • 85:1

    And olsun bürclü göyə!

  • 85:2

    And olsun vədə verilmiş günə!

  • 85:3

    And olsun şahidlik edənə və edilənə!

  • 85:4

    Məhv olsun xəndək kənarında yığışanlar!

  • 85:5

    Odunla alışdırılmış xəndək.

  • 85:6

    Onlar o xəndəyin qırağında oturub,

  • 85:7

    möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.

  • 85:8

    Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.

  • 85:9

    Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.

  • 85:10

    O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.

  • 85:11

    Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.

  • 85:12

    Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir!

  • 85:13

    Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir!

  • 85:14

    Bağışlayan da, Sevən də Odur!

  • 85:15

    Ərşin sahibidir, Şan-şöhrətlidir!

  • 85:16

    İstədiyini edəndir.

  • 85:17

    Qoşunlar haqqında əhvalat sənə çatıbmı?

  • 85:18

    Firon və Səmud qoşunlarının.

  • 85:19

    Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.

  • 85:20

    Allah onları arxadan əhatə etmişdir.

  • 85:21

    Bəli, bu şanlı Qurandır.

  • 85:22

    O, mühafizə edilən lövhədədir.

Paylaş
Tweet'le