86 TARIK

  • 86:1

    And olsun səmaya və gecə yolçusuna!

  • 86:2

    Sən nə bilirsən ki, gecə yolçusu nədir?

  • 86:3

    Bu, qaranlıqları dəlib keçən ulduzdur.

  • 86:4

    Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!

  • 86:5

    Qoy insan nədən yaradıldığına bir baxsın!

  • 86:6

    O, süzülüb tökülən bir mayedən yaradılmışdır.

  • 86:7

    Bu maye bel və köks sümükləri arasından çıxır.

  • 86:8

    Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.

  • 86:9

    Sirlərin sınaqdan keçiriləcəyi gün,

  • 86:10

    onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.

  • 86:11

    And olsun yağmurla qayıdan göyə!

  • 86:12

    And olsun növbənöv bitkilərlə yarılan yerə!

  • 86:13

    Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır.

  • 86:14

    O, əyləncə də deyildir.

  • 86:15

    Həqiqətən, kafirlər hiylə qururlar.

  • 86:16

    Mən də hiylə qururam.

  • 86:17

    Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.

Paylaş
Tweet'le