87 A'LA

  • 87:1

    Ən Uca Rəbbinin adına təriflər de!

  • 87:2

    O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;

  • 87:3

    O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi;

  • 87:4

    O Rəbbin ki, otlağı cücərtdi,

  • 87:5

    sonra da qaralmış samana çevirdi.

  • 87:6

    Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.

  • 87:7

    Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.

  • 87:8

    Səni ən asan olana müvəffəq edərik.

  • 87:9

    Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!

  • 87:10

    Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.

  • 87:11

    Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.

  • 87:12

    O kimsə ki, Cəhənnəmə atılacaq,

  • 87:13

    O orada nə öləcək, nə də yaşaya biləcəkdir.

  • 87:14

    Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.

  • 87:15

    O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.

  • 87:16

    Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;

  • 87:17

    Axirət isə daha xeyirli və daha sürəklidir.

  • 87:18

    Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –

  • 87:19

    İbrahimin və Musanın səhifələrində.

Paylaş
Tweet'le