91 ŞEMS

  • 91:1

    And olsun günəşə və onun saçdığı şəfəqə!

  • 91:2

    And olsun ondan sonra zühur edən aya!

  • 91:3

    And olsun günəşi açıqlığa çıxardan gündüzə!

  • 91:4

    And olsun günəşi bürüyən gecəyə!

  • 91:5

    And olsun göyə və onu qurana!

  • 91:6

    And olsun yerə və onu döşəyənə!

  • 91:7

    And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

  • 91:8

    ona günahları və Allahdan qorxmağı təlqin edənə!

  • 91:9

    Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.

  • 91:10

    Onu günaha batıran isə ziyana uğramışdır.

  • 91:11

    Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.

  • 91:12

    Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda

  • 91:13

    Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”

  • 91:14

    Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.

  • 91:15

    Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!

Paylaş
Tweet'le