92 LEYL

  • 92:1

    And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!

  • 92:2

    And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə!

  • 92:3

    And olsun kişini və qadını yaradana!

  • 92:4

    Sizin can atdıqlarınız başqa-başqadır.

  • 92:5

    Kim haqqını verir və Allahdan qorxursa,

  • 92:6

    və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,

  • 92:7

    Biz onu ən asan olana nail edəcəyik.

  • 92:8

    Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə

  • 92:9

    və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,

  • 92:10

    Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.

  • 92:11

    Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.

  • 92:12

    Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.

  • 92:13

    Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.

  • 92:14

    Mən sizi alov saçan bir odla qorxutdum.

  • 92:15

    Ona ancaq ən bədbəxt kimsə girər.

  • 92:16

    O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.

  • 92:17

    Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar.

  • 92:18

    O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir.

  • 92:19

    Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.

  • 92:20

    O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər.

  • 92:21

    O, mütləq razı qalacaqdır!

Paylaş
Tweet'le