93 DUHA

  • 93:1

    And olsun səhərə!

  • 93:2

    And olsun sakitləşən gecəyə!

  • 93:3

    Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.

  • 93:4

    Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.

  • 93:5

    Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.

  • 93:6

    Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?

  • 93:7

    Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?

  • 93:8

    Kasıb olduğun zaman səni varlandırmadımı?

  • 93:9

    Elə isə yetimə xor baxma!

  • 93:10

    Səndən kömək diləyəni qovma!

  • 93:11

    Və Rəbbinin nemətindən danış.

Paylaş
Tweet'le