95 TİN

  • 95:1

    And olsun əncirə və zeytuna!

  • 95:2

    And olsun Sinay dağına!

  • 95:3

    And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!

  • 95:4

    Biz insanı ən gözəl surətdə yaratdıq!

  • 95:5

    Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq.

  • 95:6

    İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.

  • 95:7

    Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?

  • 95:8

    Məgər Allah hakimlərin ən üstünü deyilmi?

Paylaş
Tweet'le